İçeriğe geçmek için "Enter"a basın

İlkin Məmmədli saxlanılıb

02-12-2015

ilkin
Sabunçu rayon Polis İdarəsindən İlkin Məmmədlinin atasına oğlunun saxlanıldığını təsdiqləyiblər. Bildirilib ki, o, idarəyə gətirilib və şəhərə aparılacaq. Məmmədlinin hara aparılacağı dəqiq deyilməyib. Ancaq onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılacağı güman edilir.

***
00:04

Dekabrın 1-də gecə saatlarında “Azadxeber.az” saytının redaktor əvəzi İlkin Məmmədli yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən naməlum şəxslər tərəfindən aparılıb. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, jurnalist bazarlıq edib evə gəlirmiş: “Mağazaya düşdü, gözlədik, gəlmədi. Aldığı ərzaqlar həyətin ortasında idi. Öyrəndik ki, həyətdə zorla maşına mindirilərək aparılıb. Kimin hara apardığını bilmirik. Güman edirik ki, polislər aparıb”.
Məlumata görə, hazırda İlkin Məmmədlinin atası ərazidəki polis bölməsinə müraciət etməyə gedib.

Saytın baş redaktoru Nicat Əliyev hazırda həbsdədir. Beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır

İlkin Məmmədli saxlanılıb