“Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırzadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti verib. “Report”un xəbərinə görə, bu barədə onun vəkili Cavad Cavadov bildirib.
Apellyasiya şikayətinə dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, T.Bağırzadə noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.