Nardaranda 2-si polis olmaqla 6 nəfərin öldüyü əməliyyatdan əvvəl Hacı Taleh Bağırzadənin keçirdiyi toplantıdan çəkilmiş fotolar daxil olub.
Fotolardan məlum olur ki,Nardaran sakinlərindən birinin evində keçirilən toplantıda onlarla dindar var. Hacı Taleh Bağırzadə isə başda oturub və hansısa məsələni müzakirə edir.
Evə toplaşanların əksəriyyəti gənclərdir və onlar Taleh Bağırzadənin ölkədəki siyasi vəziyyət barədə “alovlu nitqini” diqqətlə dinləyirlər.
Fotonu virtualaz.org saytına göndərən mənbə bildirir ki, bu kadrların çəkilməsindən düz bir saat sonra DİN-in xüsusi təyinatlıları evə basqın edib. Bu zaman Taleh Bağırzadənin tərəfdarları polisə silahlı müqavimət göstərib.
Qeyd edək ki, dünən yayılan bəzi məlumatlarda xüsusi əməliyyatın dindarların namaz qıldığı bir vaxtda keçirildiyi deyilirdi. Yaxud Nardaran sakinləri danışırdı ki, T.Bağırzadə əməliyyatın keçirildiyi vaxt toplantı keçirməyib, sadəcə olaraq polis təqiblərinə görə sakinlərdən birinin evində imiş.
NARDARAN KƏNDİ ÖZÜNÜ ÇOXTAN HÖRMƏTDƏN SALIB……