İçeriğe geçmek için "Enter"a basın

İŞİD – dən təhdid mesajı: Sıra sizdədir

14-11-2015

işid.
Fransada yaşanan terror hadisəsinin şoku səngiməmiş İŞİD (İraq Şam İslam Dövləti), terror təşkilatı digər Avropa ölkələrini təhdid etməyə başlayıb.  Albaniyanın daxili işlər naziri Sami Tahiriyə İŞİD-dən mesaj gəlib. Nazir paytaxt Tiranadakı polis akademiyasını ziyarət edərkən İŞİD terror təşkilatından təhdid dolu mesaj alıb. Mesajda bunlar yazılıb: “Parisdən sonra sıra sizdədir. Sizlər Allahın qarşısında titrəyərək məğlub olacaqsınız.”

Hadisədən sonra ölkə rəhbərliyində təcili toplantı keçirilib.

Xatırladaq ki, Fransada baş vermiş terror hadisələrini İŞİD, öz üzərinə götürüb. Terror hadisələri nəticəsində 153 nəfər həlak olub.Çox sayıda ağır yaralı var.

İŞİD – dən təhdid mesajı: Sıra sizdədir