İçeriğe geçmek için "Enter"a basın

Parisdə terror – 150-dən çox ölü

14-11-2015

işid
İŞİD Fransa dövlətinin mərkəzinə zərbə endirdi
Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.
Onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.

Qeyd edək ki, noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub. Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib. Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.
APA

Parisdə terror – 150-dən çox ölü