İçeriğe geçmek için "Enter"a basın

Metroda dava – Bakıda

13-11-2015

metro
Bakı Metropoliteninin “28 May” stansiyasında sərxoş sərnişinlə polis əməkdaşı arasında insident baş verib.

“Report” xəbər verir ki, Bakı sakini 1982-ci il təvəllüdlü İnqilab Bədəlov sərxoş halda metroda gediş qaydalarını pozub və xidmətdə olan polis serjantı 1984-cü il təvəllüdlü Elçin Xalıqovun qanuni tələblərinə məhəl qoymayıb.

Sərxoş sərnişin polis əməkdaşını nalayiq söyüşlərlə təhqir edib. Bundan sonra, İ.Bədəlov E.Xalıqovun sifətinə yumruqla vuraraq ona xəsarət yetirib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Azadliq.az

Metroda dava – Bakıda