İçeriğe geçmek için "Enter"a basın

Başı kəsilən kişinin qətlinin təfərrüatı

11-11-2015

bıçaq
Bu gün Bakıda törədilən qətlin üstü açılıb.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bu gün səhər saatlarında Qara Qarayev 55 ünvanında bıçaqlanaraq və boğazı kəsilərək qətlə yetirilən şəxsin 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirov olması müəyyən edilib.

25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxsin E. Nəsirovun əmisi oğlu Elşən Nəzir oğlu Nəsirov olması müəyyən edilib və o tutulub.

İlkin məlumata görə, E. Nəsirov qısqanclıq zəminində əmisi oğlunu qətlə yetirib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Azadliq.az

Başı kəsilən kişinin qətlinin təfərrüatı