[r32]
xeber –
Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiya 3,8% (ötən ildən 1,2% bəndi çox) səviyyəsində proqnozlaşdırır.
“Report” bankın “Asian Development Outlook” hesabatına istinadən xəbər verir ki, gələn il isə ölkədə inflyasiya 0,6% bəndi azalaraq 3,2% olacağı gözlənilir.
Dövlət Statistika Komitəsinin hesabatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 2,9% səviyyəsində olub.
mənbə :
Report.az