İçeriğe geçmek için "Enter"a basın

Astaraçay üzərində yeni körpü və piyada keçidi tikilntisi müzakirə olunub

14-09-2020

[r32]
xeber –

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar (NRYT) naziri Ramin Quluzadə ilə İranın Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami arasında virtual görüş keçirilib.

NRYTN-dan “Report”a verilən məlumata görə, görüşdə hər iki ölkənin Xarici İşlər Nazirliklərinin nümayəndələri də iştirak edib.

Videobağlantı zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Danışıqlarda Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı görüləcək işlər müzakirə olunub. Sözügedən körpünün tikintisinin həyata keçirilməsi üçün müqavilə-hüquq bazasının yaradılması məqsədilə Hökumətlərarası Anlaşma Memorandumu layihəsinin razılaşdırılması üzrə işlərin sürətləndirilməsinə dair razılığa gəlinib.

Son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara – Astara sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb.

Videogörüşdə, həmçinin iki ölkə arasında nəqliyyat əlaqələri, Şimal – Cənub Nəqliyyat Dəhlizi, İran ərazisində həyata keçirilən layihələr, gələcəkdə yükdaşımaların inkişaf etdrilməsi məsələləri müzakirə olunub.

Sonda tərəflər “COVID-19” pandemiyası şəraitində keçirilən onlayn müzakirələrin tezliklə ənənəvi görüşlərlə əvəz olunacağına ümidvar olduqlarını bildiriblər.


mənbə :
Report.az

Astaracay uzerinde yeni korpu ve piyada kecidi tikilntisi muzakire olunub