İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 146 milyon dollar artırıb

14-09-2020

[r32]
xeber –

Bu ilin I yarısında Azərbaycanın xalis maliyyə öhdəliklərinin artımı 145,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77,35% azdır.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, xalis maliyyə öhdəliklərinin artımı Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 250,1 milyon dollar artımı (23,8% az), neft bonusunun 451,6 milyon dollar artımı (0,2% çox), portfel investisiyalarının 87 milyon dollar azalması (4,3 dəfə çox) və digər investisiyaların 760,3 milyon dollar azalması (6,8 dəfə çox) hesabına baş verib. 


mənbə :
Report.az

Azerbaycan bu il xalis maliyye ohdeliklerini 146 milyon dollar artirib