[r32]
xeber –
Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında pərakəndə əmtəə dövriyyəsinin həcmi 1 mlrd 074 mln 855,6 min manat təşkil edib.
Bu barədə “Report”a Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilir ki, bu, 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə müqayisəli qiymətlər üzrə 0,9% azdır.
Xatırladaq ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində muxtar respublikada pərakəndə əmtəə dövriyyəsinin həcmi 1 mlrd 074 mln 471,6 min manat həcmində olub.
mənbə :
Report.az