İçeriğe geçmek için "Enter"a basın

7 ayda cəmi 7% abonent qazdan istifadəyə görə güzəştli limit həddini keçib

10-09-2020

[r32]
xeber –

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin yanvar-iyul aylarında əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, avqust ayının birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 290 min 987 əhali abonentinin cəmi 7,05%-i illik hər kubu 10 qəpikdən satılan 2 200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 161 574 abonent deməkdir.

Yerdə qalan 2 milyon 129 min 413 abonent (ümumi əhali abonentlərinin 92,95%-i) qazdan güzəştli limit daxilində istifadə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1 700 kubmetrdən 2 200 kubmetrədək artırılıb. Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artıb.


mənbə :
Report.az

7 ayda cemi 7% abonent qazdan istifadeye gore guzestli limit heddini kecib