İçeriğe geçmek için "Enter"a basın

EİA Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu azaldıb

10-09-2020

[r32]
xeber –

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu azaldıb.

“Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – September 2020” hesabatına istinadən xəbər verir.

EIA-ın yeni proqnozuna görə, 2020-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 670 min barel təşkil edəcək. Bu, bu ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 30 min barel və ya 4,3% azdır.

2020-ci ilin birinci rübü ilə müqayisədə isə Azərbaycanda gündəlik orta neft hasilatı üzrə proqnoz 100 min barel və ya 13% azalıb. 2019-cu ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə də bu rəqəm 100 min barel azdır.

EIA-ın yenilənmiş proqnozuna görə, 2020-ci ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 700 min barel təşkil edəcək ki, bu da ötən ilin axırıncı rübün göstəricilərindən 60 min barel və ya 7,9% çoxdur. 

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcəyi proqnozlaşdırılır.


mənbə :
Report.az

EİA Azerbaycanda orta gundelik neft hasilati uzre proqnozunu azaldib