[r32]
xeber –
“Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsini daha da artırmaq və iqtisadi əlaqələri gücləndirmək üçün ticarət və kənd təsərrüfatı sahələrində parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac var”.
“Report” Pakistan KİV-inə istinadən xəbər verir ki, bunu Pakistan Milli Assambleyasının sədri Əsəd Qasir Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşü zamanı deyib.
Spiker Pakistan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun bu əlaqələrin möhkəmlənməsi üçün uyğun format ola biləcəyini qeyd edib.
Ə.Əlizadə isə öz növbəsində vurğulayıb ki, Azərbaycan da Pakistanla əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır.
mənbə :
Report.az