İçeriğe geçmek için "Enter"a basın

Əfv Məsələləri Komissiyasının tərkibi dəyişdirildi

08-09-2020

[r32]
xeber –

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edib.

“Report”un xəbərinə görə, sənədə əsasən Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

“Komissiyanın sədri

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Fikrət Məmmədov – Azərbaycan Respublikasının Ədliyyə naziri

Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Allahşükür Paşazadə – Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

Əhliman Əmiraslanov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri

Zahid Oruc – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri

Fazil Mustafa – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini

Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Sədaqət Vəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Rəşad Məcidov – Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondunun rəhbəri

Mehriban Vəliyeva ¬- Akademik Zərifə Əliyeva adına liseyin direktoru

Komissiyanın katibi

Kəmalə İsmayılova – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


mənbə :
Report.az

Efv Meseleleri Komissiyasinin terkibi deyisdirildi