İçeriğe geçmek için "Enter"a basın

TDƏŞ Azərbaycan startaplarına dəstək verəcək

08-09-2020

[r32]
xeber –

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüş keçirib.

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazir koronavirus pandemiyası şəraitində, bu il aprelin 30-da TDƏŞ-ə üzv dövlətlərin nəqliyyat nazirlərinin iştirakı ilə keçirilmiş videokonfransda qaldırılan məsələlərin həlli istiqamətində ölkəmiz tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Görüş zamanı nəqliyyat nazirlərinin videokonfransının nəticəsi olaraq pandemiya dövründə yarana biləcək məsələlərin çevik həlli, nəqliyyat və logistika əməliyyatlarının effektiv əlaqələndirilməsi üçün yaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurasının iclasının keçirilməsi müzakirə olunub.

Həmçinin Azərbaycan üzərindən daşınan tranzit yük axınlarının davamlılığının təmin edilməsi, TASİM layihəsinin həyata keçirilməsi, startap hərəkatının genişləndirilməsi, o cümlədən TDƏŞ çərçivəsində startapların inkişaf etdirilməsi üzrə birgə işin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 


mənbə :
Report.az

TDES Azerbaycan startaplarina destek verecek