İçeriğe geçmek için "Enter"a basın

Bələdiyyə təhsil müəssisələrinin şagirdlərinə dərsliklər pulsuz veriləcək

07-09-2020

[r32]
xeber –

Bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanların dövlət hesabına dərsliklərlə təmin olunması təklif edilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Təhsil haqqında” qanunun 35-ci maddəsində ( Təhsilalanların sosial müdafiəsi) dəyişiklik olunur.

Dəyişikliklə dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin оlunacaqlar.

Qanunun hazırkı variantı isə belədir: “Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin оlunurlar”.


mənbə :
Report.az

Belediyye tehsil muessiselerinin sagirdlerine derslikler pulsuz verilecek