İçeriğe geçmek için "Enter"a basın

Sabirabadda yük avtomobili qaz xəttinin üzərinə aşdı

04-09-2020

[r32]
xeber –

Sabirabad rayonunun Qaralı kəndində “Shagman” markalı yük avtomobili qəza törədərək diametri 57 mm olan qaz xəttinin üzərinə aşıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, nəticədə qaz xəttinin 18 metrlik hissəsi, eləcə də 1 ədəd sayğac yarasız vəziyyətə düşüb. Müvəqqəti olaraq kəndin 171 abunəçisinin qaz təchizatı dayandırılıb.

Hazırda təmir işləri görülür.


mənbə :
Report.az

Sabirabadda yuk avtomobili qaz xettinin uzerine asdi