[r32]
xeber –
2021-ci ildə Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin 12,2 milyard manat məbləğində olması nəzərdə tutulub.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2020-ci illə müqayisədə eynidir.
ARDNF-dən transfertlər büdcənin neft sektoru üzrə daxilolmalarının 87,5%-ni təşkil edəcək. Vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmaların isə 1,75 milyard manat olması proqnozlaşdırılır.
mənbə :
Report.az