İçeriğe geçmek için "Enter"a basın

Aleksandr Novak: "Neftə həmişəki tələbat gələn il bərpa olunacaq"

02-09-2020

[r32]
xeber –

Dünya neft bazarında tələbat böhrandan əvvəlki həcmin 90%-nə çatıb, bütövlükdə isə 2021-ci ildə bərpa olunacaq”. 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak onlayn müşavirədə bildirib.

Onun fikrincə, OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair məlum razılaşma neft bazarının sabitləşməsində böyük rol oynayıb: “Əks təqdirdə bu gün neftin 1 barelinin qiyməti 45 ABŞ dolları yox, az olacaqdı, bəzən isə mənfiyə düşəcəkdi”. 

A.Novak həmçinin OPEC+ razılaşması çərçivəsində avqust-dekabr ayları ərzində Rusiyada hasilatın 13%, il ərzində isə 10% azalaraq 510 milyon tona düşə biləcəyini  qeyd edib. Onun sözlərinə görə, razılaşmanın birinci mərhələsi olan may-iyul aylarında isə ölkədə hasilat 19% azaldılıb. 

Xatırladaq ki, OPEC+ formatının iştirakçısı ölkələri arasında mayın 1-dən qüvvəyə minən razılaşmaya görə may-iyul aylarında gündəlik neft hasilatının 9,7 milyon barel, avqust-dekabrı aylarında 7,7 milyon barel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonuna kimi isə 5,8 milyon barel azaldılması nəzərdə tutulur. Ən böyük istehsalçı olan Rusiya və Səudiyyə Ərəbistanı isə gündəlik hasilatı eyni həcmdə – 2,5 milyon barel azaltmalıdır. Müqavilənin şərtlərinə 2021-ci ilin dekabr ayına qədər dəyişikliklər edilə bilər.


mənbə :
Report.az

Aleksandr Novak: "Nefte hemiseki telebat gelen il berpa olunacaq"