İçeriğe geçmek için "Enter"a basın

İraq neft ixracına qoyulan məhdudiyyətlərdən azad olmaq istəyir

02-09-2020

[r32]
xeber –

“İraq OPEC-dən 2021-ci ilin birinci rübündə neft ixracının azaldılması ilə bağlı öhdəliklərdən azad edilməsini istəmək niyyətindədir”.

ReportTASS-a istinadən xəbər verir ki, bu barədə İraqın Neft naziri İhsan Abdel Caber As Sabah dövlət qəzetinə müsahibəsində bildirib.

İraq OPEC çərçivəsində neft ixracatına qoyulan məhdudiyyətlərdən azad olmaq üçün səy göstərir. 2021-ci ilin birinci rübü üzrə məhdudlaşdırmaların ləğvi barədə razılıq əldə edilərsə, biz də öz adımızdan 2021-ci ilin ikinci rübündə neft ixracatını azaldacağımıza dair öhdəlik götürəcəyik”, – qəzet nazirin sözlərindən sitat gətirir.

Xatırladaq ki, OPEC+ ölkələrinin sazişi mayın 1-dən qüvvəyə minib. Saziş ittifaq ölkələri tərəfindən may-iyul aylarında gündəlik neft hasilatında 9,7 milyon barel azalmanı nəzərdə tuturdu. Rusiya və Səudiyyə Ərəbistanı isə razılaşmalara əsasən, neft hasilatını bərabər paylarla – gündəlik 11 milyon barel baza səviyyəsindən gündə 2,5 milyon barel azaltmalı idi. Saziş iki il qüvvədə olacaq, lakin 2020-ci ilin avqustundan dekabrınadək ittifaq daxilində gündəlik 7,7 milyon barel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonuna kimi isə gündəlik 5,8 milyon barel azalma olacaq. Müqavilənin parametrləri 2021-ci ilin dekabrında yenidən nəzərdən keçirilə bilər.


mənbə :
Report.az

İraq neft ixracina qoyulan mehdudiyyetlerden azad olmaq isteyir