İçeriğe geçmek için "Enter"a basın

Ötən il Azərbaycanda nə qədər neft məhsulu istehsal edilib?

02-09-2020

[r32]
xeber –

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Emal kompleksinin neft emalı zavodunda 6 mln 189,7 min ton xam neft emal olunub.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında deyilir. Bu, 2018-ci ilin göstəriciləri ilə müqayisədə 1,5% çoxdur.

Hesabat ilində emal olunmuş xammaldan 1 mln 161,4 min ton avtomobil benzini istehsal edilib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 2% azdır.

Ötən il ərzində SOCAR tərəfindən 591,1 min ton reaktiv mühərrik yanacağı istehsal edilib ki, bu da daha əvvəlki illə müqayisədə 4,2% azdır.

2019-cu il ərzində ölkədə 2 mln 080,2 min ton dizel yanacağı istehsal edilib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 8,2% çoxdur.

Hesabat dövründə 197,9 min ton maye qazlar, 260,1 min ton neft bitumu istehsal edilib ki, bu 2018-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 3% 10,2% azdır.

Həmin dövr ərzində SOCAR tərəfindən 22,9 min ton sürtkü yağları, 238,4 min ton koks və sair məhsullar istehsal edilib ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisə etdikdə 55%2,3% azdır.

Hesabat dövründə ölkədə soba mazutunun istehsalı 18,7% artaraq 126,46 min ton, mühərrik yanacağının istehsalı 4,6% azalaraq 32,55% azalıb.

2019-cu ildə neft emalının dərinliyi 93,6% təşkil edib.


mənbə :
Report.az

Oten il Azerbaycanda ne qeder neft mehsulu istehsal edilib?