İçeriğe geçmek için "Enter"a basın

“Zoom"un satışdan gəlirləri 4 dəfədən çox artıb

01-09-2020

[r32]
xeber –

Bu ilin II rübündə ABŞ-ın kommunikasiya texnologiyaları şirkəti – “Zoom Video Communications”ın satışdan gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən çox artaraq 663,5 milyon ABŞ dolları təşkil edib. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, rüb ərzində “Zoom” fond birjasında səhmləri ən çox bahalaşan 2-ci şirkət olub. II rübün maliyyə nəticələri açıqlandıqdan sonra isə texnologiya qurumunun bazar dəyəri 22%-dən çox artıb.


mənbə :
Report.az

“Zoom"un satisdan gelirleri 4 defeden cox artib