İçeriğe geçmek için "Enter"a basın

İlqar Məmmədov və Razi Nurullayevin partiyaları dövlət qeydiyyatına alındı

01-09-2020

[r32]
xeber –

Azərbaycanda daha iki partiya dövlət qeydiyyatına alınıb.

“Report”un xəbərinə görə, bu barədə deputat Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev məlumat verib.

O bildirib ki, MCP-nin qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini Toğrul Musayev və nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə təqdim edilib:

“Hər iki dövlət məmuru ilə çox əhəmiyyətli söhbətimiz alındı. Həqiqətən müxalifətə, qəbula və ölkədə yeni yaranan siyasi vəziyyətə münasibət müsbətə doğru xeyli dəyişib”.

O əlavə edib ki, görüşdə həm də Real Alternativ (ReAl) Partiyasının rəhbərliyinə (partiya sədri İlqar Məmmədova – red.) qeydiyyat sertifikatı təqdim olunub.


mənbə :
Report.az

İlqar Memmedov ve Razi Nurullayevin partiyalari dovlet qeydiyyatina alindi