[r32]
xeber –
Avqustun 31-dən Türkiyənin Kapital Bazarları Şurası (Sermaye Piyasası Kurulu- SPK) və Azərbaycan Mərkəzi Bankı (AMB) arasında texniki dəstək və əməkdaşlıq proqramının icrasına başlanılacaq.
“Report” xəbər verir ki, bu barədə SPK məlumat yayıb.
Məlumata görə, onlayn icra olunacaq proqramda SPK-nın peşəkar heyəti AMB-nin işçilərinə müxtəlif mövzularda təlimlər keçəcək.
Proqram Türkiyənin kapital bazarında bankların iştirakı, hüquqi infrastruktur və digər məsələlərdə təcrübə mübadiləsini nəzərdə tutur. Proqramın açılışında SPK sədri Əli Fuat Taşkesenlioğlunun çıxış nəzərdə tutulub.
mənbə :
Report.az