İçeriğe geçmek için "Enter"a basın

Asiyada əməkdaşlıqla bağlı nazirlər konfransı keçiriləcək

26-08-2020

[r32]
xeber –

Bu ilin sonunda Tacikistan paytaxtı Düşənbədə “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 9-cu Xarici İşlər nazirləri konfransının keçirilməsi nəzərdə tutulur.

“Report” Tacikistan XİN-ə istinadən xəbər verir ki, bu barədə qərar “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin yüksək vəzifəli rəsmilərinin onlayn görüşü zamanı verilib.

Xatırladaq ki, “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə bu il Tacikistan sədrlik edir.

Qeyd edək ki, 2011-ci ildə Türkiyənin təşəbbüsü ilə “Əfqanıstan üçün İstanbul prosesi” şəklində regional əməkdaşlığı gücləndirmək məqsədi ilə əsası qoyulmuş “Asiyanın qəlbi – İstanbul prosesi” iştirakçıları Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Əfqanıstan, Hindistan, İran, Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan və BMT-dir.


mənbə :
Report.az

Asiyada emekdasliqla bagli nazirler konfransi kecirilecek