İçeriğe geçmek için "Enter"a basın

Alman professor: Manat getdikcə bahalaşacak

27-02-2015

alman
Azərbaycan manatının devalvasiyası gözlənilən idi.

Azadliq.az xəbər verir ki, ANS PRESS bunu almaniyalı professor Vilfrid Furman “Vestnik Kafkaza” saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı fevralın 21-də 1,05 AZN/$ və 1,195 AZN/€ müvafiq olaraq mübadilə kursu təyin edib. ABŞ dolları və avro haqqında manatın məzənnəsi 34% və 33,8% düşdü. Azərbaycan manatının qiymətsizləşdirilməsi müxtəlif səbəblərə görə gözlənilən idi. Çünki manat ticarət valyutasıdır, onun dəyərini neft və qaz ixracından daxilolmalar təyin edir. İxracdan gəlirin təqribən 95%-i energetika sektorunun payına düşür. Neftin dünya bazarında qiymətdən kəskin düşməsi nəticəsində valyuta daxil olmalarının həcmi azaldı. Bu, yalnız Azərbaycanın ixrac gəlirlərini azaltmadı, həm də ölkənin əhəmiyyətli dərəcədə büdcə defisiti yaratdı.Yaxın gələcəkdə isə neftin qiymətində əhəmiyyətli artım gözlənilmir.

O bildirib ki, prinsip etibarilə, neftin qiymətinin düşməsindən Rusiya, Qazaxıstan, Türkmənistan, Venesuela və s. neft və qaz ixracatçısı ölkələrin iqtisadiyyatı əziyyət çəkir. Bu ölkələrin valyutaları ucuzlaşıb və ya ucuzlaşır. Azərbaycan da istisna təşkil etmədi. Bu beynəlxalq trendləri nəzərə alaraq manatın məzənnəsinin düşməsi gözlənilən idi. Kim ki, Azərbaycan valyuta kursunun düşməsindən istifadə edib manatı dollara dəyişdi, o, qazandı. Ancaq əhalinin çox hissəsi uduzdu.

Professor vurğulayıb, manatın ucuzlaşdırılması əhəmiyyətli siyasi hədəfdir. Çünki valyutanın ucuzlaşdırılması transformasiya üçün iqtisadi-siyasi alətidir. Buna qarşı mütləq diversifikasiyalı iqtisadiyyat yaratmaq lazımdır. Milli məzənnənin ucuzlaşdırılması ixraca şərait yaradır və eyni zamanda idxala yüklənməni gücləndirir.

Ekspertin fikrincə, manatın ucuzlaşmasının mənfi təsirləri çoxdur. Belə ki, idxal edilən malların qiyməti qalxır, alıcılıq qabiliyyəti enir, bununla, insanların yaşayış standartları aşağı düşür. Belə addımlarda sosial ölçülər nəzərdən qaçırılarsa, sosial gərginliyə gətirib çıxara bilər.

V.Furman deyib: “Təbii ki, amerika dolları qarşılığında milli məzənnələrin qiymətsizləşdirilməsi bütün dünyada müşahidə olunur. Bu, bir qayda olaraq, milli banklar tərəfindən faiz dərəcələrinin azalması yolu ilə baş verir və necə ki, Meksikada, Hindistanda, Avstraliyada, eləcə də başqa formada Yaponiya, Çin, Sinqapur, Danimarka və sair ölkələrdə baş verdi. Faktiki olaraq, indi çox ölkələr milli məzənnələrin ucuzlaşması yolu ilə öz rifahını və gəlirlərini saxlamağa çalışır.”
Azadliq.az

Alman professor: Manat getdikcə bahalaşacak