İçeriğe geçmek için "Enter"a basın

BVF Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib

20-07-2020

[r32]
xeber –

Qafqaz və Mərkəzi Asiya (QMA) regionu üzrə proqnozlar aprel proqnozları ilə müqayisədə 2020-ci ildə bir qədər daha güclü enişin (1% yox, 1,5%), 2021-ci ildə isə daha az fəal yüksəlişin (4,7% yox, 4,4%) olacağını göstərir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən hazırlanan “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı hesabatda deyilir.

“Bu, əsasən, QMA regionundakı neft idxalçıları üçün proqnozların aşağı salınması ilə əlaqədardır. Çünki bu regionda Pandemiyadan qaynaqlanan təcrid tədbirlərinin iqtisadi nəticələrinin daha güclü olması, ticarətin zəiflləməsi, turizm sektorunun çökməsi (Gürcüstan) və xüsusilə Rusiyadan gələn pul köçürmələrinin kəskin azalması (Qırğız Respublikası) səbəbindən real ÜDM-in həcmi 2020-ci ildə 4,6% azalacağı gözlənilir”, – hesabat müəllifləri düşünür.

Qeyd edilir ki, regiondakı neft ixrac edən ölkələrdə də 2020-ci ildə bir qədər dərin eniş proqnozlaşdırılır (0,8% yox, 1,1%), lakin bu düzəliş neft ixrac edən MENAP (Yaxın Şərq regionu, Şimali Afrika, Əfqanıstan və Pakistan) ölkələri ilə müqayisədə daha azdır.

“Bu, böhrana cavab olaraq sürətli və genişmiqyaslı tədbirlər (Azərbaycan, Qazaxıstan), OPEC+ sazişləri çərçivəsində neft hasilatının az azaldılması və iqtisadiyyatın şaxələndirilməsinin daha yüksək səviyyəsi əlaqədardır. Bundan əlavə, qeyri-neft əmtəə istehsal edən ölkələrdə (Qazaxıstan, Özbəkistan) qızılın qiymətinin artması müsbət təsir göstərdi. Özbəkistanda əlverişli hava şəraiti və qiymətlərin liberallaşdırılması kənd təsərrüfatı istehsalının artmasına şərait yaratdı”, – hesabatda deyilir.

BVF analitikləri tələbatın zəifləməsi fonunda, Livan istisna olmaqla, regionda inflyasiyanın aşağı səviyyədə qalacağını proqnozlaşdırırlar. Turizm və pul köçürmələri daxilolmalarının azalması və neft tədarükünün azalması ilə xüsusən MENAP-nin neft ixrac edən ölkələrində (-5,4%) və QMA regionunda (-6,4%) 2020-ci ildə cari əməliyyat hesablarının vəziyyətinin pisləşməyə doğru davam edəcəyi proqnozlaşdırılır.


mənbə :
Report.az

BVF Qafqaz ve Merkezi Asiya regionunda iqtisadi artim proqnozunu yeniden nezerden kecirib