İçeriğe geçmek için "Enter"a basın

Erməni jurnalist Xocalıya ədalət istədi

27-02-2015

ermeni1
Dünən törətdiyi genosidi qəbul etməyən dünya erməniləri yüz il əvvəlki genosidə görə dünyadan ədalət tələb etməyə mənəvi haqqı yoxdur.
Erməni publisist Xocalı soyqırımına görə azərbaycanlılardan üzr istəyib.

Aznews.az xəbər verir ki, publisist Vahe Avetyan bu barədə özünün Facebook səhifəsində yazıb.

O, Ermənistan hökümətinin nə zamansa Xocalıda baş verənlərdə əli olanları mühakimə edəcəyinə inandığını dilə gətirib.

“Əziz qonşularımız, azərbaycanlılar.

Mən Xocalıda yüzlərlə insanın soyqırıma məruz qalmasında ermənilərin də iştirak etdiyinə görə sizdən üzr istəyirəm.

Sizi inandırıram ki, nə məni, nə dostlarımı, nə də yaxınlarımı qatil, adamyeyən və sadist kimi yetişdiriblər.

Sizi əmin edirəm ki, Ermənistanda nə vaxtsa qanuni xalq respublikası qurulsa, o vaxt mənim ölkəm bu cinayətin araşdırılması üçün mümkün olan hər şeyi edəcək və bu işdə əli olanların hamısı mühakimə olunacaq.

Mən düşünürəm ki, dünən törətdiyi genosidi boynuna almayan və haqq qarşısına çıxmağa mənliyi və cürəti çatmayan bir xalqın yüz illər əvvəl ata-babalarının başına gətirilmiş genosidə görə dünyadan ədalət tələb etməyə mənəvi haqqı yoxdur” – deyə erməni publisist Vahe Avetyan yazıb.
Azadliq.az

Erməni jurnalist Xocalıya ədalət istədi