İçeriğe geçmek için "Enter"a basın

“Standard Insurance”lə bağlı məhkəmə prosesi başlayır

17-06-2020

[r32]

17 İyun, 2020  09:51 xeber – Azərbaycan Mərkəzi Bankının (AMB) ötən  ay lisenziyasını ləğv etdiyi “Standard Insurance” Sığorta Şirkəti ASC-nin müflis elan olunmasına dair iyunun 23-də, saat 14:30-da məhkəmə baxışı keçiriləcək.

“Report” bu barədə rəsmi mətbuata istinadən xəbər verir. 
Məlumata görə, proses Bakı Kommersiya Məhkəməsində olacaq. 

Xatırladaq ki, “Standard Insurance”in lisenziyası mayın 19-da ləğv edilib. Qərar sığorta şirkətinin kapitalını tam itirməsi, cari fəaliyyətini etibarlı qaydada həyata keçirməməsi və istehlakçılarının hüquqlarının pozulmasına yol verməsi ilə izah olunub. Bundan sonra AMB maliyyə qurumu barədə iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilib. 

mənbə :
Report.az

“Standard İnsurance”le bagli mehkeme prosesi baslayir