[r32]
17 İyun, 2020 09:05 xeber – Bu ilin may ayında ABŞ-ın pərakəndə ticarət dövriyyəsi aprel ayı ilə müqayisədə 17,7% artıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, pərakəndə ticarət dövriyyəsi ilə bağlı hesabatların açıqlanmağa başlandığı 1992-ci ildən bəri ən yüksək artım göstəricisidir.
Xatırladaq ki, koronovirus (COVID-19) pandemiyasının təsiri ilə mart və aprel aylarında ABŞ-ın pərakəndə ticarət dövriyyəsi kəskin azalmışdı.
mənbə :
Report.az