İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan bu il 32 milyon dollarlıq polipropilen ixrac edib

16-06-2020

[r32]

16 İyun, 2020  18:05 xeber – Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 39,7 min ton polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 31,9 milyon ABŞ dolları təşkil edib.
4 ay ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,43% olub.

Xatırladaq ki, polipropilen “SOCAR Polymer”in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

mənbə :
Report.az

Azerbaycan bu il 32 milyon dollarliq polipropilen ixrac edib