İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan bu il 38 milyon dollarlıq polietilen ixrac edib

16-06-2020

[r32]

16 İyun, 2020  17:39 xeber – Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 59,9 min ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 38,3 milyon ABŞ dolları təşkil edib.
5 ayda polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,3% olub.

Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.

mənbə :
Report.az

Azerbaycan bu il 38 milyon dollarliq polietilen ixrac edib