İçeriğe geçmek için "Enter"a basın

Zərif: “Yaxın zamanda İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik”

16-06-2020

[r32]

16 İyun, 2020  16:34 xeber – “İran və Rusiya arasında danışıqlar daimi xarakter daşıyır, hətta koronavirus da bizə mane ola bilmədi. Münasibətlərimizi çox ciddi şəkildə inkişaf etdiririk”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya və İran xarici işlər nazirlərinin mətbuat konfransı zamanı İran İslam Respublikasının XİN başçısı Məhəmmədcavad Zərif deyib.
Nazir çıxışı zamanı regional gündəmin daim diqqət mərkəzində saxlanıldığını, bu səbəbdən İran, Rusiya və Türkiyənin Suriya böhranına dair “Astana üçlüyü”nün zirvə görüşünü keçirmək barədə razılıq əldə etdiyini vurğulayıb.

“Həmçinin yaxın zamanda, şərtlər imkan verən kimi, İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik”, – deyə İran XİN başçısı sözlərinə əlavə edib.

mənbə :
Report.az

Zerif: “Yaxin zamanda İran, Rusiya ve Azerbaycan arasinda sammit kecireceyik”