[r32]
16 İyun, 2020 15:14 xeber – Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 5,5 milyard kubmetr təbii qaz ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə qazın dəyəri 1 milyard ABŞ dolları təşkil edib. Son 1 ildə ixrac olunmuş qazın həcmi 11,4%, dəyəri isə 19,1% artıb.
5 ay ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 14,9% olub.
mənbə :
Report.az