İçeriğe geçmek için "Enter"a basın

Bakı-İstanbul aviareysinin sərnişinlərinin nəzərinə!

16-06-2020

[r32]

16 İyun, 2020  12:01 xeber – İyunun 17-18-də Bakıdan Türkiyənin İstanbul şəhərində uçacaq sərnişinlər yola düşməzdən əvvəl mütləq qaydada koronavirus (COVID-19) testindən keçməlidirlər.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) açıqlamasında bildirilir. 
Məlumatda həmçinin deyilir ki, testdən keçmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) akkreditə olunmuş laboratoriyalar aşağıdakılardır: 

– “İnci” laboratoriyası – Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80

– “Referans” klinikası – Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33

– “Memorial” klinikası, Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40

Qaydalara əsasən sərnişinin koronavirus testindən keçməsi barədə arayış uçuşdan ən gec 48 saat əvvəl verilməlidir. Sərnişin yalnız testdən keçərək mənfi nəticə əldə etməsi barədə arayış təqdim etdikdən sonra təyyarəyə buraxılacaq.

Bakı-İstanbul reyslərinə I terminalda xidmət göstəriləcək.

Xatırladırıq ki, AZAL Bakı-İstanbul-Bakı marşrutu üzrə iki xüsusi reys yerinə yetiricək. Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Reyslərə iletləri həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və yaxud həmin ölkələrdə yaşamaq hüququna malik olan şəxslər) əldə edə bilər.

İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin İstanbulun “Memorial Sağlık Grubu” klinikası tərəfindən uçuşdan ən gec 48 saat əvvəl verilmiş COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu klinikanın Türkiyə Səhiyyə Nazirliyi koronavirusa dair testdən keçmək üçün tövsiyə olunub.

“AZAL sərnişinləri Operativ Qərargahın, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizəyə dair bütün tələb və tövsiyələrinə əməl etməyə çağırır.

Aviaşirkət və hava limanı əməkdaşları isə, öz növbələrində, uçuşun maksimum dərəcədə rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalnız qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər”, – deyə məlumatda qeyd edilib. 

mənbə :
Report.az

Baki-İstanbul aviareysinin sernisinlerinin nezerine!