İçeriğe geçmek için "Enter"a basın

Böyük Britaniyanın viza mərkəzi fəaliyyətini bərpa edir

16-06-2020

[r32]

16 İyun, 2020  11:24 xeber – Böyük Britaniyanın Viza Müraciət Mərkəzi iyunun 22-də yenidən açılacaq.

Bu barədə “Report” Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Böyük Britaniyaya viza üçün müraciət edən ərizəçilər və pasportlarını yeniləmək istəyən bu ölkənin vətəndaşları yerli xidmətlər haqqında ən son məlumat üçün “TLS Contact” şirkətinin saytına baş çəkə bilərlər.

Böyük Britaniya pasportunu cari pasportun müddətinin bitiminə 9 ay qalmış təzələmək olar.

Xatırladaq ki, daha əvvəl Viza Mərkəzi koronavirus pandemiyası ilə əlaqədar fəaliyyətini dayandırmışdı.

mənbə :
Report.az

Boyuk Britaniyanin viza merkezi fealiyyetini berpa edir