İçeriğe geçmek için "Enter"a basın

Yaponiya təşviq paketini 1 trilyon dollara yüksəldib

16-06-2020

[r32]

16 İyun, 2020  11:04 xeber – Yaponiya Mərkəzi Bankı (BoJ) ucot dərəcəsini dəyişdirməyərək mənfi 0,1% səviyyəsində sabit saxlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, qurum aktiv alım proqramını da dəyişdirməyib.
Məlumata görə, koronavirus pandemiyasının iqtisadi təsirlərini azaltmaq üçün qəbul etdiyi təşviq paketinin həcmini isə 75 trilyon yendən 110 trilyon yenə (1 trilyon ABŞ dolları) yüksəldib.

Bundan başqa, BoJ özəl sektor istiqrazları və kommersiya qiymətli kağız aktivləri üçün yuxarı həddi dəyişdirməyərək 20 trilyon yendə sabit saxlayıb.

Qeyd edək ki, Yaponiya milli valyutası yen bu xəbərlərdən sonra dollar qarşısında bir qədər ucuzlaşıb.

mənbə :
Report.az

Yaponiya tesviq paketini 1 trilyon dollara yukseldib