İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan qanunvericiliyində “apteçka”nın adı dəyişdirilir

16-06-2020

[r32]

16 İyun, 2020  09:50 xeber – İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

“Report”un xəbərinə görə, Məcəllənin 356-cı maddəsinin 356.1-ci bəndində “dərman qutuları” sözləri “ilk tibbi yardım qutusu” sözləri ilə əvəz olunur.
Qanunvericiliyə əsasən, xüsusi komplektləşdirilmiş ilk tibbi yardım qutusu ilə (əhali bu qutuları daha çox “apteçka” adlandırır) təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə on manat məbləğində cərimə edilir.

Məcəllənin hazırkı bəndi isə belədir: “Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə on manat məbləğində cərimə edilir.

mənbə :
Report.az

Azerbaycan qanunvericiliyinde “aptecka”nin adi deyisdirilir