İçeriğe geçmek için "Enter"a basın

Diplomatiya könüllüləri üçün 15 İyuna həsr olunmuş onlayn görüş keçirilib - FOTO

15-06-2020

[r32]

15 İyun, 2020  20:46 xeber – Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən qurumun nəzdində fəaliyyət göstərən Diplomatiya könüllüləri üçün ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının qeyd olunduğu Milli Qurtuluş Gününə həsr olunmuş onlayn görüş keçirilib.

Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, Elmira Axundova Ulu Öndəri şəxsən tanımaq və onunla çalışmaq şansı olan bir şəxs kimi ümummilli liderin fenomenal liderlik keyfiyyətləri haqqında danışıb və Heydər Əliyevlə çalışdığı dövrə aid xatirələrini bölüşüb.
O, həmçinin ümummilli liderimizin həyat və fəaliyyətinə həsr olunmuş bir sıra kitabların müəllifi kimi yazdığı kitablardan bəhs edib, Azərbaycan gənclərinin Heydər Əliyev kimi dahi şəxsiyyətin zəngin irsini daha dərindən bilmələrinin vacibliyini vurğulayıb. 

Görüşdə 1993-cü il iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması və ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyini yox olmaq təhlükəsindən xilas etdiyi qeyd edilib,Ulu Öndərin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruması, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırması və inkişafın təməlini qoyması xüsusi vurğulanıb.

Ulu Öndər Heydər Əliyevin bir şəxsiyyət kimi həm öz şəxsi keyfiyyətləri, həm yüksək intellekti, həm də vətənpərvərliyi, xalqına, vətəninə bağlılığının, Azərbaycan sevgisinin bütün gənclər üçün örnək olduğu bildirilib. 

Görüşün sonunda Elmira Axundova Diplomatiya könüllülərinin çoxsaylı suallarını cavablandırıb.

Görüş Diplomatiya könüllüləri üçün Milli Qurtuluş Gününün əhəmiyyətini bir daha vurğulamaqla yanaşı, Heydər Əliyevin zəngin irsi haqqında onların daha ətraflı və geniş məlumatlara yiyələnməsinə səbəb olub.

mənbə :
Report.az

Diplomatiya konulluleri ucun 15 İyuna hesr olunmus onlayn gorus kecirilib – FOTO