İçeriğe geçmek için "Enter"a basın

Avropada koronavirus xəstəsinə ağciyər köçürüldü

26-05-2020


[r32]
Avstriyanın paytaxtı Vyanada 45 yaşlı koronavirus xəstəsinə ağciyər köçürülüb.

Moderator.az xəbər verir ki, paytaxtdakı tibb mərkəzlərindən birində həyata keçirilən əməliyyat Avropanın tibb tarixinə qızıl hərflərlə yazılıb.

Ağciyər köçürülən qadının 8 həftədir koronavirusla mübarizə apardığı və ciyərlərinin çox zərər gördüyü söylənilib.

Tibb mərkəzi tərəfindən edilən açıqlamaya görə, 45 yaşlı xəstənin yaşamaq üçün əməliyyatdan başqa yolunun olmadığı və hazırda vəziyyətinin normal olduğu bildirilib.

Avropada koronavirus xəstəsinə ağciyər köçürüldü