İçeriğe geçmek için "Enter"a basın

Həbs olunan Vilyam Hacıyevin sərvətinin ŞOK siyahısı

06-05-2020


[r32]
Xəbər verildiyi kimi ötən gün DTX əməliyyatçıları daha bir rayonda qəfildən İcra Hakimiyətinin binasında peyda olub. Əməliyyatçılar İmişli rayonunun başçısı Vilyam Hacıyevi və onun müavinlərini, digər bəzi yerli məmurları saxlayıb.

Daha bir icra başçısının həbsi ilə bağlı təfərrüatlı rəsmi məlumatın tezliklə ictimaiyyətə açıqlanacağı gözlənilir. Amma indidən yerli mətbuat 2004-cü ildən bəri Göygöl, Samux və İmişli rayonlarına rəhbərlik etmiş Vilyam Hacıyevin aşıb-daşan sərvətinin siyahısını dərc etməyə başlayıb.

Belə məlum olur ki, Vilyam Hacıyev bütün bu illər ərzində özünə nəhəng sərvət toplayıb, onun çoxsaylı mənzilləri, malikanələri, kommersiya daşınmaz əmlakı, torpaq sahələri və s. var.
Beləliklə, V.Hacıyevə aid olduğu bildirilən əmlakın və biznesin siyahısı:

– Bakıda, Həsən Əliyev küçəsində villa

– Bakı, “Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil

-Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil

-Bakı, Teymur Əliyev küç. “Milyonerlər məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villa

-İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil

– Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil

– Dubayda milyonluq biznesi

-Qazaxıstanda tikinti biznesi

– İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.

Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. V.Hacıyevin oğlu Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

-10-PP-369 dövlət nömrə nişanlı “Bentley”

– Eyni nömrə nişanlı “Land Rover”

– 90-AA-369 dövlət nömrə nişanlı “Mercedes S class”

– Həmçinin son model “Mercedes Gelandewagen”
Ehtimal ki, bütün bunlar Vilyamın sərvətinin tam siyahısı deyil və illərdir ölkənin ən yoxsul rayonlarına başçılıq etmiş bu şəxsin təkcə indiki siyahıda yer alan sərvəti onun talançılıq istedadının necə aşıb-daşdığını göstərir.

Qeyd edək ki, Vilyam Hacıyevin sərvətinin siyahısı hələ aylar əvvəl sosial şəbəkələrdə yayılmışdı. Amma o vaxt İmişli başçısı demişdi ki, onun heç bir sərvəti-filan yoxdur, təvazökar həyat tərzi sürür və hətta kirayədə qalır...(virtualaz.org)

Həbs olunan Vilyam Hacıyevin sərvətinin ŞOK siyahısı