İçeriğe geçmek için "Enter"a basın

ARB-nin yayımı dayandırıldı – Afaq Bəşirqızı efirdə söyüş söydü

22-04-2020


[r32]
Bu gün ARB TV Milli Televiziya və Radio Şurasının qərarı ilə 6 saat müddətində yayımını dayandırıb.

Kanal saat 10:00-dan etibarən tamaşaçılarla müvəqqəti olaraq vidalaşıb. Televiziya 16 :00-da fəaliyyətini bərpa edəcək.

Xatırladaq ki, kanalın yayımının dayandırılmasına səbəb 18 aprel tarixində “Elgizlə izlə” proqramına telefonla qoşulan Xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadələrə yol verməsi olub.

*******
Xəbər verdiyimi kimi, ötən gün Milli Televiziya və Radio Şurasının qərarı ilə ARB TV 6 saatlıq yayımın dayandırması barədə qərar verib. Buna səbəb Xalq artisti Afaq Bəşirqızı tərəfindən “Elgizlə İzlə” proqramında qeyri-etik ifadələrə yol verilməsidir.

“Qafqazinfo” xəbər verir ki, sözügedən verilişin aparıcısı Elgiz Əkbər gündəmə çevrilən hadisədən sonra səssizliyini pozub. O, efirdə söyüş söyən Xalq artisti Afaq Bəşirqızı ilə fotosunu instaqram səhifəsində yayaraq “canımın içi” şərhini yazıb.

Aparıcının bu addımı birmənalı qarşılanmayıb.

Qeyd edək ki, A.Bəşirqızı söyüş qalmaqalından sonra instaqram hesabını silib.

ARB-nin yayımı dayandırıldı – Afaq Bəşirqızı efirdə söyüş söydü