İçeriğe geçmek için "Enter"a basın

Elşad Abdullayevin bacısı oğlu həbs olundu

01-11-2015

elsdabdlyvAzərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevin bacısı oğlu, eyni zamanda onun hüquqlarını müdafiə komitəsinin sədri Azad Mürsəliyev həbs olunub.

Azadliq.az xəbər verir ki, bu haqda xural.com-a Azad Mürsəliyevin oğlu məlumat verib: “Mən Azadın oğluyam. Atam Azad Mürsəliyev İstanbula gedərkən sərhəddə saxlanıldı. Hal-hazırda Qazax Rayon Polis Şöbəsində saxlanılır”.

Qeyd edək ki, bu günlərdə Elşad Abdullayevin qardaşı Elsevər Abdullayev də prokurorluq orqanlarındakı işindən uzaqlaşdırılıb.

Elşad Abdullayevin bacısı oğlu həbs olundu