İçeriğe geçmek için "Enter"a basın

“Elman Rüstəmov bankları müflis etdi və xalqı aldatdı”

25-02-2015

vahid1
“Elman Rüstəmov Azərbaycan xalqına soyuq duş təşkil etdi”.
Bu sözlərin sahibi deputat Vahid Əhmədovdur.
Azadliq.az xəbər verir ki,bu haqda virtualaz.org saytına parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

“Bankların əksəriyyəti sözün hərfi mənasında bir neçə dəqiqə ərzində böyük ziyana düşdülər. Və mən istisna etmirəm ki, onlardan bir çoxu müflis olacaq”- deputat əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan 2008-ci ildə ABŞ və Avropada müşahidə edilən böhrana daxil olub və bu böhran ilk növbədə həmin ölkələrin maliyyə sektoruna zərbə vurmuşdu.

“Bütün maliyyə sferaları, ipoteka fondları, maliyyə təşkilatları böyük ziyana düşdülər, bu isə sonda Azərbaycan əhalisinə zərbə vuracaq. Mən özüm Mərkəzi Bankla danışıqlar apardım və xahiş etdim ki, kəskin devalvasiyaya getməsinlər və manatın kursunu tədricən endirsinlər. Mərkəzi Bank rəhbərliyi bizi, deputatları və bütün Azərbaycan xalqını aldatdı. Bundan sonra mən tam əminliklə deyə bilərəm ki, Elman Rüstəmov öz yerində deyil”- Vahid Əhmədov bildirib.

Deputat deyib ki, Milli Məclisin qarşıdakı iclasında Mərkəzi Bankın hərəkətinin qanunauyğunluğu məsələsini qaldıracaq.

“Qoy Elman Rüstəmov parlamentin və xalqın qarşısına çıxsın, bu cür kritik qərar qəbul etməsinin səbəbini əsaslandırsın”- o, əlavə edib.

Sonda Vahid Əhmədov bildirib ki, manatın kəskin devalvasiyası kəskin inflyasiyaya səbəb olacaq və əhaliyə güclü zərbə vuracaq. Ona görə də hökumət indidən gec qalmadan əhalinin sosial müdafiəsi üçün tədbir görməlidir.
Azadliq.az

Bir yorum

  1. revane hesenova 18/04/2015

    salam men sizle gorusmey isteyirem siz bakl fehle maslnqayrlma zavudunda direktor isleyen zaman sizn bir icininz olub o rehmete gednde siz atam yerden gorurmusnuz cox cox minataram size adl hesenova eli olb vahid menlm mumkunduze sizle gorsmey isteyirem adlm revanedin nomrem 050 627 77 75

Yorumlar kapatıldı.

“Elman Rüstəmov bankları müflis etdi və xalqı aldatdı”