İçeriğe geçmek için "Enter"a basın

Üç milyard manat boşa xərcləndi

24-02-2015

ramis
Azadliq.az ANS PRESS-in verdiyi məlumata görə iqtisadçı ekspert, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı söyləyir.
Hökumət son altı ayda manatın məzənnəsinin dəstəklənməsinə xərclədiyi vəsaitin bir hissəsini problemli kreditlərin qapanmasına xərcləsəydi daha doğru olardı.

“Mərkəzi Bank yanvar ayında 1,5 milyard manat olmaqla bütövlükdə son 6 ayda manatın məzənnəsini sabit saxlamağa 3 milyarda yaxın vəsait xərcləyib. Ümumi kredit qoyuluşlarında istehlak kreditlərinin həcmi 6,5 milyard manatdan çoxdur. Vaxtı keçmiş (problemli kreditlər) kredit öhdəliklərinin həcmi isə 800 milyon manatdan artıqdır. Məncə, hökumətin (Mərkəzi Bankın) xərclədiyi 3 milyarda yaxın vəsaiti bu istiqamətə yönəltməklə (kreditlərin bir hissəsinin bağışlanması formasında) manatın məzənnəsini sərbəst buraxması daha səmimi bir addım kimi qəbul olunardı”,- deyə iqtisadçı ekspert Ramil Osmanlı vurğulayır.
Azadliq.az

2 Yorum

  1. sohrab 25/02/2015

    Milleti fikiresen varmi hec olmasa

  2. ashraf 06/01/2016

    salam men fikrim beledir.Kredit alanda dollarin mezennesi 1.05 qepik idi o mezzenne ilede odeyecem artiq faizi odemeye imkanim catmir odemiyecemde

Yorumlar kapatıldı.

Üç milyard manat boşa xərcləndi