İçeriğe geçmek için "Enter"a basın

Deputat: “Azerbaycan Aİ ile emekdaşlığın genişlendirilmesinde maraqlıdır”

24-02-2015


24.02.2015 / 10:18 xeber –

Roma Tor Verqata Universitetində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi “Classis Project” təşkilatının təşkilatçılığı ilə “Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı. Avropa və Asiya arasında körpü” mövzusunda konfrans keçirilib.

Şuradan Lent.az-a verilən məlumata görə, universitetin Humanitar elmlər fakültəsinin dekanı Franko Salvatore konfransı açaraq son illər İtaliyada Azərbaycan ilə bağlı müxtəlif konseptdə tədbirlərin keçirilməsini müsbət hal kimi dəyərləndirib. Qeyd edib ki, bu cür layihələrin reallaşdırılması Azərbaycanı daha yaxından tanımağa imkan yaradaraq, ölkələrimiz arasında əlaqələrin inkişafına da yol açır.

Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev tədbirin Azərbaycan həqiqətlərini Avropaya çatdırmaq baxımından önəmini vurğulayıb. Diqqətə çatdırıb ki, bu cür layihələr ölkələrimiz arasında əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyə yönəlib.

Azərbaycanın inkişaf tarixindən danışan A.Quliyev bildirib ki, ölkəmiz Cənubi Qafqaz regionunda çox vacib rol oynamaqdadır.

Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərindən bəhs edən Şura sədri deyib ki, Azərbaycanla Aİ arasında imzalanmış çoxsaylı sənədlər Azərbaycanın  mövcud ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu göstərir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən A.Quliyev qeyd edib ki, bu münaqişə nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli bildirib ki, ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir.

Sonra QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yaradılmış “Sirli Azərbaycan” web-portalının təqdimatı olub.

 

 

Mənbə : Lent.az

Deputat: “Azerbaycan Aİ ile emekdaşlığın genişlendirilmesinde maraqlıdır”