İçeriğe geçmek için "Enter"a basın

Məktəblər, bağçalar və universitetlər bağlandı – Təhsil Nazirliyindən AÇIQLAMA

02-03-2020


[r32]
Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Operativ qərargahdan bildirilib ki, koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırııb.
“Martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması qərarı tək şagirdlərə deyil, eləcə də pedaqoji kollektivə də aiddir”.“Report” xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O qeyd edib ki, qərar bütün dövlət və özəl ümumtəhsil müəssisələrinə, ali və orta ixtisas təhsili, peşə müəssisələri və məktəbdənkənar fəaliyyətlə məşğul olan bütün təhsil ocaqlarına aiddir.

Nazirin müşaviri əlavə edib ki, bu müddət ərzində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər daha intensiv aparılacaq: “Əksər təhsil oclaqlarında artıq prosesin bitməsi nəzərdə tutulub. Martın 10-dan təhsil müəssisələrində tədrisin davam etdirilməsi nəzərdə tutulur. Həmin gün bütün təhsil müəssisələri üzrə mövcud vəziyyət barədə əlavə məlumat veriləcək. Zərurət olduğu təqdirdə bəzi təhsil müəssisələrində həmin işlər davam etdiriləcək”.

Məktəblər, bağçalar və universitetlər bağlandı – Təhsil Nazirliyindən AÇIQLAMA