İçeriğe geçmek için "Enter"a basın

Türk ordusu Suriyada 33 şəhid verdi – 310 Suriya hərbçisi məhv edildi

28-02-2020


[r32]
Türkiyə ordusu hərbçilərin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirməyə davam edir.

Türkiyə Silahlı Qüvvələri tərəfindən Əsəd rejiminə bağlı orduya məxsuc 200-dən artıq hədəf vurulub. Dünən gecədən bəri məhv edilən rejim hərbiçilərinin sayı 310-a çatıb.

Ümumilikdə isə son iki həftədə 2000-dən artıq rejim hərbiçisi məhv edilib. Türkiyə ordusu Suriya və Rusiyanın gecə Türk əsgərinə qarşı xain hucumuna misli ilə cavab verməkdə davam edir.

***

İdlibdə Türkiyə Silahlı Qüvvələri hava hücumuna məruz qalıb – 33 hərbi qulluqçu şəhid olub, 36 hərbçi isə yaralanıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

“Millətimizin başı sağ olsun” deyən vali ağır yaralanan hərbçilərdən bir neçə nəfərinin dünyasını dəyişərək şəhid olduğunu vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantı keçirib.

Toplantıda Türkiyənin Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.

Türkiyə ordusu hərbçilərin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirir.

Bunu Türkiyə Prezident Administrasiyasının Əlaqələndirmə üzrə sədri Fahrettin Altun deyib. Onun sözlərinə görə, şəhid olan Türkiyə hərbçilərinin qanı yerdə qalmayacaq:“Suriya ordusunun hədəflərinə atəş açmaq üçün hava və quru qüvvələrdən istifadə edilir. Suriyada davam edən fəaliyyətimiz bayrağımıza uzadılmış əllər qırılana qədər davam edəcək”.

Türk ordusunun zərbələri nəticəsində Əsəd ordusunun 1709 hərbçisi, 55 tank, 3 helikopter, 18 zirehli maşın və xeyli sayda top məhv edilib. Zərbələr davam etdirilir.

Türk ordusu Suriyada 33 şəhid verdi – 310 Suriya hərbçisi məhv edildi