İçeriğe geçmek için "Enter"a basın

İntihar edən qız 667 balla Tibb Universitetinə qəbul olubmuş

26-02-2020


[r32]
Bu gecə saat 2 radələrində bulvarda intihar edən 22 yaşlı Nəzakət Rzazadə Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Azadliq.az Report-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Nəzakət Rzazadə 2017-ci ildə 667 balla   universitetə qəbul olub.

Xatırladaq ki, Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan Balahüseyn Məmmədov Zöhrab oğlu və Nəzakət Rzazadə Müğdət qızı bir-birlərini seviblər.

Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb. İlk olaraq Nəzakət Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb.

Hava şəraiti ilə bağlı Xəzər dənizinin kəskin dalğalı olması səbəbindən Nəzakətin meyitinin axtarışı mümkün olmayıb, B. Məmmədov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti kafidir.

******

Bulvarda intihar edən tələbə qızla bağlı dəhşətli məqam
Ötən gecə Bakı Bulvarında özünü dənizə ataraq intihar edən Azərbaycan Tibb Universitetinin tələbəsi, Sabirabad rayon sakini, 1988-ci il təvəllüdlü Nəzakət Rzazadə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

BakuPost.az Publika.az-a xəbər verir ki, Nəzakətin atası Muğdət Rzayev qızının bir neçə gün əvvəl qaçırıldığını bildirib. O qeyd edib ki, qızı qaçırılmasından sonra yaranan vəziyyətə dözməyərək özünü dənizə atıb.

Qeyd edək ki, hadisə vaxtı N.Rzazadənin həmkəndlisi, onunla evlənmək istəyən Balahüseyn Məmmədov da özünü dənizə atıb. 25 yaşlı oğlanı Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları ölümdən xilas edib.

İntihar edən qız 667 balla Tibb Universitetinə qəbul olubmuş